Everest bir gündə 3 can aldı
22 may 2017 06:17 (UTC +04:00)

Everest bir gündə 3 can aldı

0

Everest dağında 3 alpinist ölüb, daha 1-i itkin düşüb.

 

APA-nın məlumatına görə, bu barədə “The Washington Post” qəzeti xəbər verib.

 

Bildirilir ki, ölənlər ABŞ, Slovakiya və Avstraliya vətəndaşlarıdır. İtkin düşən hindistanlı alpinistin axtarışları davam etdirilir.

 

Qeyd edək ki, aprelin sonunda 40 yaşlı isveçrəli alpinist Ueli Stek dünyanın ən yüksək zirvəsini fəth etməyə cəhd edərkən ölüb, mayın əvvəlində isə 85 yaşlı Nepal vətəndaşı Bahadur Şerxan Everestə qalxarkən  ürək tutmasından keçinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar