Volqast şəhərində seçkiqabağı tədbirin keçirildiyi əraziyə gələn Almaniya kansleri Angela Merkelin avtomobilinə pomidor atıblar.
Lent.az-ın “report”-a istinadən xəbərinə görə, Valqastda toplaşan təqribən 150 nümayişçi Merkelin maşınını fit və xoşagəlməz qışqırıq səsləri ilə qarşılayıblar. Kansler tədbir iştirakçılarını 24 sentyabr tarixində keçiriləcək Bundestaq seçkilərində Xristian-Demokrat İttifaqına səs verməyə çağırıb.
Bundan əvvəl Heydelberq şəhərində çıxışı zamanı Merkelin özünə pomidor atılmışdı.