Koalisiyanın Əsəd qüvvələrinə aviazərbəsi iki can aldı
07 iyun 2017 07:56 (UTC +04:00)

Koalisiyanın Əsəd qüvvələrinə aviazərbəsi iki can aldı

0

ABŞ koalisiyasının Suriyanın At Tanfa rayonuna endirdiyi aviazərbə nəticəsində iki suriyalı hərbçi həlak olub, daha 15 nəfər isə yaralanıb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə hadisə yerindən məlumatlı mənbə bildirib.   

 

Qeyd edək ki, ötən gün ABŞ-ın rəhbərlik etdiyi koalisiya At Tanfa rayonunda hökumətyönümlü qüvvələrə yenidən aviazərbə endirib.  

 

Bundan əvvəl hökumət qüvvələrinə analoji zərbə mayın 18-də endirilmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 365

Oxşar yazılar