Ermənistanda rusiyalı hərbçi ölü tapıldı
14 iyul 2017 21:14 (UTC +04:00)

Ermənistanda rusiyalı hərbçi ölü tapıldı

0

Ermənistanın Sünik vilayətində Rusiya Federal Təhlükəsizliyi Xidmətinin Sərhəd İdarəsinin hərbçisi mənzildə ölü tapılıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin olaraq ölümə infarkt səbəb olub.

 

Sərhəd zastavasının rəisi vəzifəsində xidmət çəkən hərbçinin meyitinin aşkarlanması ilə bağlı məlumat iyulun 13-də daxil olub. Hadisə yerinə operativ-istintaq qrupu göndərilib. Meyitə baxış zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

 

İnsidentlə əlaqədar məhkəmə-tibbi ekspertizası təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar