Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyində genişləndirilmiş müşavirə keçirib.
APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, toplantıda ölkənin qanunverici, icraedici və məhkəmə hakimiyyətinin nümayəndələri və bütün hökumət üzvləri də iştirak edib.
Müşavirədə Ermənistan ordusunun döyüş qabiliyyəti, ali məktəblərdə hərbi vətənpərvərlik tərbiyəsinin vacibliyi və Azərbaycanda Ramil Səfərovun qəhrəman kimi qəbul olunması da müzakirə edilib.
S.Sarkisyan çıxışında qeyd edib ki, Ermənistanın problemləri olsa da, xarici müdaxilələrə, xüsusən Azərbaycanın hərbi iddialarına qarşı dayanmaq gücündədir. Yüksək rütbəli hərbçilərə müraciət edən dövlət başçısı onları sui-istifadə hallarına yol verməməyə çağırıb.