Qondarma erməni soyqırımının simvolu olan “Qazir xalçası” Ağ evin ziyarətçi mərkəzində sərgiyə çıxarılıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, sərgiyə ABŞ-da yaşayan xeyli erməni qatılıb.
Bundan başqa, xalçanın sərgiyə çıxarılması ilə əlaqədar olaraq Milli Mətbuat Klubunda yığıncaq keçirilib. Yığıncaqda ermənipərəst konqres üzvləri Adam Skiff, Devid Valadao, Cudi Çu, Devid Sisilline, Ketherin Klark, Cim Kosta, Xames MkQovern və Con Sarbanes iştirak edib.