Türkiyədə FETÖ ilə əlaqəsi olduğuna görə işdən çıxarılan şəxslər arasında Rəcəb Tayyip Ərdoğan bir vaxtlar baş nazir olarkən onun şəxsi helikopterini idarə etmiş şəxs də var.
Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, 8 il müddətində polisdə hava qüvvələrinə rəhbərlik etmiş Hüseyin Başak uzun xeyli müddətdə VIP dizaynlı “Sikorsky S-70A” helikopterinin pilotluğunu icra edib.
Maraqlıdır ki, H.Başak bu ilin 22 may tarixində, hələ məlum çevriliş cəhdi olmamışdan tutulub.