Ərdoğanın qaldığı otelə basqın edənlərin rütbəsi belə söküldü...
16 iyul 2016 16:18 (UTC +04:00)

Ərdoğanın qaldığı otelə basqın edənlərin rütbəsi belə söküldü...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Marmarisdə qaldığı otelə silahlı basqın edən qiyamçı əsgərlərdən 7-si yaxalanıb.

 

 

Lent.az-ın cnnturk-ə istinadən məlumatına görə, yaxalananlar İzmirə gətirilib. Saxlanılan əsgərlər arasında Skorsky helikopterini sürən pilot polkovnik Murat Dağlı da var. Onlar saxlanan kimi rütbələri sökülüb.

 

 

Bu əsgərləri İzmir 2-ci qırıcı təyyarə bazasına aparıblar. Bu yüksək rütbəli 7 hərbiçi əvvəlcə, sağlıq yoxlamasından keçirilib. Sonra isə Terrorla Mübarizə Şöbəsinə aparılıb.

 

 

Yaxalanan hərbiçilərdən yaralı olan dəniz kapitanı Haldun Gülmez isə polis nəzarətində  Çiğli Dövlət Xəstəxanasına yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 337
avatar

Oxşar yazılar