Ərdoğandan Aİ-yə xəbərdarlıq
26 aprel 2017 01:57 (UTC +04:00)

Ərdoğandan Aİ-yə xəbərdarlıq

Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı qərar verilməsinin uzanması və bəzi üzv ölkələrin Türkiyəyə düşmən münasibət bəsləməsi səbəbindən Ankara məsələyə dair mövqeyini dəyişə bilər.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Röyters”ə müsahibəsində bildirib.

 

“Əgər onlar doğru addımlar atmırlarsa, biz çıxış yolu tapmalıyıq. Biz nəyə görə gözləməliyik ki?? Söhbət 54 ildən gedir. Böyük Britaniya vətəndaşlarına müraciət etdi və onlar “Brexit”ə səs verdilər... Onlar yeni gələcəyə irəliləyirlər, analoji addımı Norveç də atdı... eyni şeyi Türkiyəyə də tətbiq etmək olar”, - deyə Ərdoğan bildirib. O, məsələni referenduma çıxarmağa hazır olduğunu vurğulayıb.    

 

“Bir və ya iki ölkə Aİ-nin yaşamasını təmin edə bilməz. Onlara Türkiyə kimi başqa dini təmsil edən bir ölkə gərəkdir, bu onları xeyli gücləndirərdi. Lakin, Aİ ölkələri, görünür,  bunu dərk etmirlər. Onlar üçün Türkiyə kimi müsəlman ölkəni qəbul etmək çox çətindir”, - deyə Ərdoğan qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar