Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan vəsiyyətini açıqlayıb. Lent.az-ın “sozcu.com.tr”yə istinadən məlumatına görə, İstanbulda “Köhnə dostlar prezidentlə görüşür” adlı tədbirə qatılan Ərdoğan övladlarına vəsiyyətini elan edib.
O, həyat yoldaşı və övladlarından öldükdən sonra Arakanda şəhid olan manisalı Osmanoğlu Məhəmmədin qəbrindən alınan torpağı məzarına qoymalarını istəyib.
Prezidentin bu sözündən sonra zalda əyləşən qonaqların bir çox göz yaşlarını saxlaya bilməyib.