Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan əsas müxalifət partiyalarının liderlərinə zəng edib. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, Ərdoğan CHP və MHP liderlərinə ölkədə baş verən son hadisələr zamanı tutduqları mövqeyə görə təşəkkür edib. Bundan başqa ölkə başçısı parlamentin sədri İsmayıl Kahramana da zəng vuraraq göstərdikləri qətiyyətə görə onu və bütün millət vəkillərini təbrik edib.
Ərdoğan Kılıçdaroğlu və Bahçeliyə zəng etdi
280