Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu ayın sonunda Belarusa səfər edəcək.
APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Belarusdakı səfirliyindən “RİA Novosti”yə məlumat verilib. Bildirilib ki, R. T. Ərdoğanın Belarusa səfəri planlaşdırılır və səfərə hazırlıq gedir.
Qeyd edək ki, Belarus Ticarət-Sənaye Palatasının saytında iyulun 29-da Minskdə R. T. Ərdoğanın iştirakı ilə Belarus-Türkiyə biznes-forumunun keçiriləcəyi ilə bağlı məlumat yerləşdirilib.