Ərdoğan: "Qətərlə münasibətləri davam etdirəcəyik"
07 iyun 2017 07:10 (UTC +04:00)

Ərdoğan: "Qətərlə münasibətləri davam etdirəcəyik"

Türkiyə Qətərlə münasibətləri inkişaf etdirməkdə davam edəcək, bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi problemin həllinə gətirib çıxarmayacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan deyib.

 

“Biz Qətərə qarşı sanksiyaların tətbiq edilməsini düzgün qərar hesab etmirik. Həmrəylik və əməkdaşlığa böyük ehtiyac olduğu bir dövrdə belə vəziyyət heç kimə fayda gətirməyəcək. Qətərin soyuqqanlığını təqdir edirik. Biz gələcəkdə də Qətərlə münasibətləri inkişaf etdirməkdə davam edəcəyik”, - deyə Ərdoğan hakim partiyanın fəalları qarşısında çıxışı zamanı bildirib.    

 

Ərdoğan Qətər ətrafında yaranmış vəziyyətin dialoq yolu ilə nizamlanması istiqamətində əlindən gələni əsirgəməyəcəyini bildirib.

 

Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək,  Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan Liviya, Yəmən, Maldiv və Mavriki də Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Qətər XİN rəhbəri Dohanın cavab tədbirləri görməyəcəyini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35