Ərdoğan: “Suriyada Kürd dövlətinin yaradılmasına yol verməyəcəyik”
09 iyul 2017 02:00 (UTC +04:00)

Ərdoğan: “Suriyada Kürd dövlətinin yaradılmasına yol verməyəcəyik”

0

Türkiyə Suriyanın şimalında kürd dövlətinin yaradılmasına yol verməyəcək. APA-nın xəbərinə görə,  bunu  Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hamburq G-20 sammitinin yekunlarına dair brifinqdə deyib. 

 

“Əgər Suriyanın şimalında kürd dövlətinin yaradılması planlaşdırılırsa, biz buna yol verməyəcəyik. Biz Türkiyənin ünvanına səsləndirilən hədələri də bağışlamayacağıq”, - deyə Ərdoğan  qeyd edib.

 

Qeyd edək ki, Suriya kürdləri bundan əvvəl ölkənin şimalında “Şimali Suriya federativ bölgəsi”nin yaradıldığını bəyan ediblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 439

Oxşar yazılar