Ən irimiqyaslı soyğunçuluğun qarşısı alındı
04 oktyabr 2017 08:01 (UTC +04:00)

Ən irimiqyaslı soyğunçuluğun qarşısı alındı

Braziliyanın San Paulu şəhərində bankı qarət etməkdə şübhəli bilinən 16 şəxsi saxlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, cinayətkarlar “Banco do Brasil” bankının xəzinəsinə aparan 500 metr uzunluğunda tunel qazıblar. Polisin məlumatına görə, tunelin inşasına 1 mln. dollar xərcləyən qarətçilər bankdan azı 1 milyard real (318 mln. dollar) oğurlamaq niyyətində olublar.

 

Cinayət reallaşdırılacağı təqdirdə Braziliya tarixində ən irimiqyaslı soyğunçuluq olacaqmış.

 

Qeyd edək ki, bundan əvvəl Braziliya Mərkəzi Bankının qarət edilməsində tuneldən istifadə olunmuşdu. Cinayətkarlar bankdan 52 mln. dollar oğurlamağa müvəffəq olmuşdu. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Oxşar yazılar