Elmar Məmmədyarov ABŞ Dövlət katibinin müavini ilə görüşüb.
28 sentyabr 2013 13:46 (UTC +04:00)

Elmar Məmmədyarov ABŞ Dövlət katibinin müavini ilə görüşüb.

0
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Vendi Sherman ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirakı ilə bağlı Nyu-Yorka səfəri çərçivəsində baş tutub.

 

Görüş əsnasında Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan münaqişəsinin həlli və BMT Təhlükəsizlik Şurasının gündəliyində duran Suriyada kimyəvi silahlardan istifadə edilməsi ilə əlaqədar vəziyyət kimi məsələlər müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 640

Oxşar yazılar