İranın ali dini lideri ayətulla Əli Xameneyi nüvə silahının qadağan edilməsi barədə fətva verib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib ki, Qərb ayətulla Əli Xameneyinin fətvasının bütün İran üçün əhəmiyyətini başa düşməlidir.
O bildirib ki, İranın nüvə texnologiyaları sahəsindəki fəaliyyəti ilə bağlı ayətulla Əli Xameneyinin fətvasından yüksəkdə duran heç bir şey yoxdur: “Biz hamımız bu fətvaya birmənalı əməl etməliyik”.
Qeyd edək ki, yanvarın 16-da Tehranda İran və BMT-nin Atom Enerisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) təmsilçiləri arasında danışıqların növbəti raundu keçirilməlidir. Lakin AEBA rəhbəri Yukiya Amano bu danışıqların gözlənilən nəticələri ilə bağlı optimist olmadığını dilə gətirib.