Əl Bağdadinin öldürüldüyünə dair əlavə dəlil yoxdur
04 iyul 2017 20:40 (UTC +04:00)

Əl Bağdadinin öldürüldüyünə dair əlavə dəlil yoxdur

0

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl Bağdadinin məhv edilməsinə dair Rusiya XİN-nin əlavə sübutu yoxdur. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbərinin müavini Gennadi Qatilov bildirib.

 

“Əlavə dəlil yoxdur. Əl Bağdadinin məhv etdirilməsi əhəmiyyətli aspektdir, lakin terrorçuluqla mübarizə bununla bitmir.  Suriyadan gələn terror təhlükəsinin tam aradan qaldırılması əsas vəzifə olaraq qalmaqdadır”, - deyə Qatilov qeyd edib.

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi mayın 28-nə keçən gecə terrorçuların Rəqqa ətrafındakı komanda məntəqəsinə endirilən aviazərbə nəticəsində İŞİD lideri Əbu Bəkr Əl Bağdadinin öldürülməsinə dair məlumat yayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 285

Oxşar yazılar