Eks-merə rüşvətə görə 14 il həbs verildi
06 may 2017 20:08 (UTC +04:00)

Eks-merə rüşvətə görə 14 il həbs verildi

0

Çinin Şandun vilayətinin inzibati mərkəzi olan Cinan şəhərinin sabiq meri Yan Luyu fəaliyyət dövründə rüşvət aldığına görə 14 il müddətinə azadlıqdan məhrum edilib.

 

Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, məhkəmənin gedişində müəyyən edilib ki, 2004-2016-cı illərdə Cinanın meri işləmiş Yan Luyu şəhərdə dövlət sifarişi ilə müxtəlif layihələr həyata keçirən şirkətlərdən ümumilikdə 23,27 milyon yuan (təxminən 3,4 milyon ABŞ dolları) dəyərində rüşvət alıb. Ona həbs cəzası ilə yanaşı, 2 milyon yuan pul cəriməsi də tətbiq olunub. Bundan başqa, keçmiş merin bütün əmlakı dövlətin xeyrinə müsadirə olunacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar