İranın Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində yerləşən Kamplu məntəqəsində partlayış baş verib.
Letn.az-ın məlumatına görə, hadisə şəhərin qaz boru xəttinin partlaması nəticəsində baş verib.Bununla belə sosial şəbəkələrdə yayılan məlumat isə bildirilib ki, bu partlayışın səbəbi son günlər 5 milli ərəb fəalına qarşı İran rejiminin çıxardığı edam hökmüdür.
Partlayış güclü olduğundan, Əhvazın qərb bölgəsi də titrəyib.Olay yeri yaxınlığındakı yaşayış binalarının pəncərə şüşələri qırılıb.
Xəbərdə partlayışın təfərrüatı və dəyən zərərlə bağlı hələlik məlumat açıqlanmayıb.
Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.