Türkiyənin baş naziri Əhməd Davudoğlu İstanbulda baş verən partlayışla bağlı toplantı keçirib.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Dolmabağçada keçirilən iclasda hadisə ilə bağlı baş nazirə məruzə edilib. İclas 45 dəqiqə davam edib.
İclasda baş nazir köməkçiləri Yalçın Akdoğan, Tuğrul Türkeş, səhiyyə naziri Mehmet Müzzinoğlu, AK partiya sədrinin köməkçisi Ömer Çelik, daxili işlər nazirinin müavini Sebahettin Öztürk, İstanbul valisi Vasip Şahin və polis rəisi Mustafa Çalışkan iştirak edib.
Toplantıda bütün hüquq-mühafizə orqanlarına təhlükəsizliyi qorumaq və faktla geniş araşdırılma aparmaq tapşırılıb.