Əfqanıstanda seçki məntəqəsi partladıldı
28 sentyabr 2019 10:07 (UTC +04:00)

Əfqanıstanda seçki məntəqəsi partladıldı

Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində seçki məntəqəsi yaxınlığında baş verən partlayış nəticəsində on beş nəfər yaralanıb.
 
APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, partlayış Qəndəharda seçki məntəqəsinin xaricində baş verib. Yaralıların hamısı kişidir, onlar xəstəxanaya yerləşdiriliblər.
 
Qeyd edək ki, bu gün Əfqanıstanda Prezident seçkiləri keçirilir. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524
avatar

Oxşar yazılar