Əfqanıstan hökuməti Kabildə törədilmiş terror aktında çoxsaylı tələfatla əlaqədar bu gün milli matəm elan edib.
APA-nın məlumatına görə, bu barədə "1TV" telekanalın məlumat yayıb.
Eyni zamanda bazar ertəsi Kabil sakinləri üçün istirahət günü elan edilib.
Qeyd edək ki, şənbə günü Kabildə diplomatik korpusların olduğu Vəzir-Əkbər-Xan məhəlləsində partlayış törədilib. Partlayış nəticəsində 95 nəfər ölüb, 191 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti "Taliban" Hərəkatı öz üzərinə götürüb.