Əfqanıstanda bazarda partlayış: azı 89 nəfər ölüb
15 iyul 2014 22:43 (UTC +04:00)

Əfqanıstanda bazarda partlayış: azı 89 nəfər ölüb

0

Əfqanıstanın şərqində yerləşən Paktikə əyalətinin Orhun şəhərindəki bazarda partlayış baş verib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, hadisə nəticəsində azı 89 nəfər ölüb, çoxlu sayda dinc sakin yaralanıb. 42 yaralının xəstəxanaya yerləşdirildiyi bildirilib.

 

Yerli hakimiyyətin məlumatına əsasən, basqınçı çantasındakı qurğunu bazarda işə salaraq, hadisəni törədib.

 

Mənbə bildirib ki, bu əyalətin ərazisi “Hakkani” adlı qruplaşmanın yaraqlılarının əsas dayaq məntəqələrindəndir.

 

Bazarda baş verən partlayışın məsuliyyətini hələlik   üzərinə götürən olmayıb.

Əfqanıstanın Müdafiə Nazirliyi bildirib ki, uçuqların altından əsgərlər 40 cəsəd çıxarıb.

Mənbə xatırladıb ki, “Hakkani” yaraqlıları Paktikə əyalətində davamlı olaraq, partlayış törədirlər.

 

 

Orhuna basqından bir neçə saat öncə, paytaxt Kabulda prezident Həmid Karzayın əməkdaşlarının avtomobillərinin  yaxınlığında baş verən partlayış nəticəsində iki məmur ölüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 668

Oxşar yazılar