Yanvarın 15-də Əfqanıstan parlamentində deputatlar arasında dava düşüb.
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, qurumun növbəti toplantısına büdədən ayrılan vəsaiti xərcləyə bilməyən 11 nazir dəvət olunub.
4-ü güc strukturlarının təmsilçisi olan nazirlər isə parlamentin bu toplantısına qatılmayıb. Yığıncağa gəlmiş 7 naziri isə deputatlar eşitmək belə istəməyib.
Yerli bəzi informasiya vasitələri bildirib ki, o biri hökumət üzvlərinin parlamentə getməsinə prezident Həmid Karzay icazə verməyib.
Hökumət üzvlərini dinləmək yanvarın 15-də də mümkün olmayıb. Bir qrup deputat bildirib ki, qış tətilindən qayıdandan sonra nazirlərin çıxışı dinlənilsin. Başqa bir qrup isə onların hökumətin həmin üzvlərinin istefasını tələb edib.
Deputat Lalay Ahmədzay həmkarı Fərhad Məcidinin üzərin qalxıb. Onların davasına başqaları da qoşulub. Dalaşan tərəfləri polis və təhlükəsizlik qurumunun əməkdaşları ayırıb. Deputatların arasında yaralananların da olduğu bildirilib.