İsveç polisi Efiopiyadan gələn sərnişin təyyarəsinin konteyner hissəsində naməlum şəxs aşkar olunduğunu məlumat verib.
Lent.az-ın “report”-a istinadən məlumatına görə, kişi "Ethiopian Airlines" aviaşirkətinə məxsus təyyarə Stokholm hava limanında eniş etdikdən sonra göyərtənin yük hissəsindən tapılıb.
Polis onun "əldən düşdüyünü, lakin sağ olduğunu" və İsveç ərazisində sığınacaq üçün ərizə verdiyini bildirib.