Dünyanın ən varlı qadını öldü
22 sentyabr 2017 02:52 (UTC +04:00)

Dünyanın ən varlı qadını öldü

0

“L'Oreal” fransız kosmetika şirkətinin sahibi, dünyanın ən zəngin qadını olan Lilian Betankur 95 yaşında dünyasını dəyişib.

 

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə L. Betankurun qızı Fransuaz Betankur-Meyer bildirib.

 

Onun sözlərinə görə, anası dünən gecə öz evində vəfat edib.

 

Qeyd edək ki, “Challenges” jurnalı bu ilin iyununda dünyanın ən varlı şəxslərinin siyahısını hazırlayıb. Lilian Betankur 35,8 milyard avro sərvətlə jurnalda ikinci yerdə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar