İtaliyalı Emma Moranonun ölümündən sonra dünyanın ən yaşlı qadını adını 117 yaşlı yamaykalı Violet Mosse Broun qazanıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Violet uzunömürlülüyün sirrini açıb.
10 mart 1900-cü ildə anadan olan qadın əslində heç bir gizli formulu olmadığını bildirib: “Yeyib-içməyimə heç bir məhdudiyyət qoyulmuram. Sadəcə spirtli içki içmirəm”.
Yaşı yüzü adlayan Broun hələ də yaddaşının güclü olduğunu vurğulayıb. deyir. O, ilk maşının bazara çıxdığına, Yamaykaya təyyarələrin ilk gəlişinə, hər iki dünya müharibəsinə şahidlik etdiyini söyləyib.