Dumanın deputatları Azərbaycan mətbəxi ilə tanış olublar
11 iyul 2016 13:35 (UTC +04:00)

Dumanın deputatları Azərbaycan mətbəxi ilə tanış olublar

Rusiyanın paytaxtı Moskvada bu şəhərdə yaşayan xalqların milli mətbəx Festivalı keçirilib.

Lent.az-ın məlumatına görə, Festivalda ölkəmizi Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi təmsil edib . Şəhər meriyası tərəfindən təşkil olunan festivalda Rusiyada yaşayan millətlərin milli mətbəxi nümayiş olunub . ASGA Rusiya nümayəndəliyin rəhbəri Toğrul Allahverdili və icraçı direktor Xəzər Qarayev Azərbaycan stendinə yaxınlaşan festival iştirakçılarına və qonaqlara milli mətbəximiz haqda məlumat veriblər. Festivalda iştirak edən Moskva meriyasının rəsmiləri, Dövlət Dumasının deputatları və başqa  şəxslər Azərbaycan mətbəxi təqdim edilən stola yaxınlaşaraq, mətbəximizin çoxçeşidli yeməklərindən, şirniyyatlarından dadıb və Azərbaycan mətbəxini sevdiyini söyləyiblər.

Tədbirin sonunda Azərbaycanı təmsil edən ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdiliyə şəhərin ictimai-siyasi həyatında fəal iştirak etdiyi üçün Moskva meriyası adından fəxri diplom və mükafat təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323
avatar

Oxşar yazılar