ABŞ Şimali Koreya ilə münaqişənin hərbi yolla həllinə hazırdır.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
“Prezident Tramp açıq-aydın bildirib ki, hərbi yolla həll variantı mövcuddur. Ordumuz da buna hazırdır”, deyə R.Tillerson qeyd edib.
O əlavə edib ki, ABŞ KXDR-lə danışıqlara başlamaq üçün hər hansı şərtləri qəbul etməyəcək.