Ukrayna beynəlxalq donorlarla Donbasın bərpasına 2 milyard dolların ayrılması məsələsini razılaşdırılıb.
APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko “Ukrayna” telekanalına müsahibəsində deyib.
“Donbasın infrastrukturunun bərpası ilə bağlı beynəlxalq konfransına hazırlıq işləri gedir. Bütün dünya Ukraynaya yardım əlini uzatmağa hazırdır”, deyə P.Poroşenko bildirib.
Bundan əvvəl Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirmişdi ki, ölkəyə xaricdən yatırımlar cəlb etmək üçün ABŞ və Almaniyada investisiya konfransları keçiriləcək.