Britaniyanın Oksford qraflığının 10 il Şaxta baba olmuş sakini tutduğu vəzifədən azad edilib.
Lent.az-ın «The sun» qəzetinə istinadən məlumatına görə, o, uşaqlara dünyada möcüzələrin olmadığını etiraf edib.
Uzun illər Britaniyanın Nyunhem Kurten kəndindəki ticarət mərkəzində Şaxta baba olmaqla dolanırmış.O, Vendi və Sttiven Kennet adlı uşaqlarla ünsiyyətdən sonra bu sahədəki karyerası ilə azından bir illiyinə vidalaşıb. Atası hər uşağa görə Şaxta babaya üç funt ödəyib.
O, uşaqlara «santa Klausun uydurma» olduğunu da deyib. Yeni il hədiyyələrini isə uşaqlara ata-anasının aldığı həqiqəti də söyləyib.
Valideynlər şaxta babanın bu davranışından və uşaqlarının ağlamasından heyrətə gəlib. Kennet ailəsi onun söhbətləri barədə ticarət mərkəzinin müdiriyyətinə məlumat verib. Bundan sonra o, mövsümün sonunadək «tutduğu vəzifədən» azad edilib. Ticarət mərkəzi müştərilərinə dəyən ziyan qarşılığında Londondakı əyləncə parkına onların səfərinin pulunu ödəyib.