Avstriyanın DİN rəhbəri Volfqanq Sobotkanın korteji Karintiya bölgəsində qəzaya uğrayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində nazirin özü xəsarət almasa da, onu müşayiət edən iki mühafizəçi, habelə kortejə çırpılan digər avtomobildəki ata və oğlu xəsarət alıb. Sonuncuların vəziyyətinin ağır olduğu bildirilir.
İnsident Fölkermarkt şəhəri yaxınlığında yol kəsişməsində baş verib.
Araşdırma aparılır.