Diaspora sədri Avropa Komissiyası prezidentindən 5 suala cavab istəyir
18 oktyabr 2017 12:17 (UTC +04:00)

Diaspora sədri Avropa Komissiyası prezidentindən 5 suala cavab istəyir

Bir neçə gün öncə Avropa Komissiyası Ermənistanla noyabrda keçiriləcək Şərq Tərəfdaşlığı Sammitində imzalanacaq “Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq” sazişin detallarını açıqlayıb. Lent.az-ın məlumatına görə, bu məsələ ilə əlaqədar Dünya Azərbaycanlıları Assambleyası rəhbəri Rəşad Quliyev bu gün Avropa Komissiyası prezidenti Jean Claude Junckerə sorğu göndərib.

Sorğuda deyilir :

“Hörmətli Cənab Prezident!

Məlum olduğu kimi, Avropa Birliyi və Ermənistan arasında “Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqda” saziş bu ilin noyabrında Brüsseldə – Şərq Tərəfdaşlığı Sammitində imzalanması planlaşdırılır. Avropa Komissiyası Şərq Tərəfdaşlığı əməkdaşlığı çərçivəsində Ermənistan Respublikasına 80,000.000 euro  (səksən milyon avro) məbləğində yardım ayırmağı planlaşdırır. Əminəm ki, hazırda milyonlarla azərbaycanlını düşündürən suallar var.

Dünyanın 30 ölkəsində təmsilçisi olan, mərkəzi Almaniyada fəaliyyət göstərən  beynəlxalq ictimai təşkilat olaraq sizə bir neçə sualları ünvanlamaq istərdim.

1. Avropa Komissiyası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar dəfələrlə açıq şəkildə bəyan etmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşırlar əgər belədirsə o zaman beynəlxalq hüququn  qəbul etdiyi İUS COGENS Fundemantal prinsiplərini pozan Ermənistana siyasi, iqtisadi və  digər sanksiyalar tətbiq olunmur?

2.Cənubi Osetiya, Abxaziya, Krımın  işğalı  ilə Dağlıq Qarabağın işğalı arasında fərq nədən ibarətdir? Hansı səbəbdən Abxaziya, Cənubi Osetiya, Krımla bağlı tətbiq olunan sanksiyalar, Dağlıq Qarabağ məsələsində  Ermənistan Respublikasına qarşı tətbiq olunmur?

3. Balkanlarda etnik təmizləmə siyasəti həyata keçirən beynəlxalq hüququn jus cogens və erga omnes prinsiplərini   (soyqrım, insanlığa qarşı cinayət)  pozan keçmiş Serb lideri Miloşeviçə qarşı məhkəmə qərarı çıxarıldığı halda,  miqyasına görə 20-ci əsrin ən böyük soyqrımı Xocalı soyqrımının təşkilatçısı və ona birbaşa rəhbərlik etmiş, bunu müsahibələrində belə danmayan Ermənistan prezidenti və rəhbərliyinə qarşı beynəlxalq birliyin loyal münasibətinin səbəbi nədir?

4. Sizcə beynəlxalq birliyin işğalçılara və separatçılara qarşı bucür loyal münasibəti gələcəkdə baş verə biləcək işğalçılıq halları  üçün mənfi presedent halı yaratmırmı?

5. Sanksiyalar əvəzinə bucür dəsətəklər və əməkdaşlıqların, faktiki Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ məsələsində güzəştə getməməsi stimillaşdırıcı rolunu oynamayacağını hesab etmirsinizmi?”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276
avatar

Oxşar yazılar