Dərbənddə Nizaminin heykəli yandırıldı: <span style="color:red;">azərbaycanlılar mitinq keçirəcək
09 yanvar 2015 12:10 (UTC +04:00)

Dərbənddə Nizaminin heykəli yandırıldı: azərbaycanlılar mitinq keçirəcək

Dərbənddə Nizami Gəncəvinin heykəli yandırılıb. Bu barədə Lent.az-a Dərbənd sakinləri məlumat verib. Onların sözlərinə görə, parkda aparılan təmir işləri ilə əlaqədar şairin heykəli ağ materiala bükülübmüş. Naməlum şəxslər isə bu gecə heykələ od vurublar.

Sakinlər baş verənlərlə əlaqədar Dərbənd rəhbərliyi və şəhər məsclisinin sədri İimam Yaraliyevi günahlandırırlar.

Qeyd edək ki, bu Dərbənddə ilk vandal hərəkət deyil. Daha əvvəllər də Nizaminin heykəli qırmızı rəngə boyanmışdı. Bir qədər əvvəl isə Dərbənddə Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı Şamsulla Əliyevin də heykəli dağıdılmışdı. Sakinlərin dediyinə görə, baş verənlərə etiraz olaraq, azərbaycanlılar sabah saat 15:00-də şəhərin mərkəzində yerləşən Baba məscidinin qarşısında mitinq keçirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187

Oxşar yazılar