Bir qədər əvvəl Rusiya vətəndaşlığını qəbul etmiş fransız aktyor Jerar Depardye bazar günü Çeçenistana gəlib.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Depardyeni təyyarənin çıxışında Çeçenistan rəhbəri Ramazan Kadırov şəxsən qarşılayıb.
Aktyor Qroznıya ikinci dəfə səfər etməsindən şad olduğunu, Rusiyanı sevdiyini, Çeçenistanın çox xoşuna gəldiyini vurğulayıb.
Jerar Depardye Çeçenistana səfəri zamanı çeçen aktyor və rejissorlarla görüşəcək, dəstək verə biləcəyi layihələri müzakirə edəcək.
Səfərin ən maraqlı məqamı isə Depardyenin şərəfinə verilən ziyafətdən sonra onun Kadırovla birgə “ləzginka” oynaması olub.