Daşqınlar 113 can aldı
19 aprel 2017 05:44 (UTC +04:00)

Daşqınlar 113 can aldı

Peruda tüğyan edən daşqınlar nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində daha 17 nəfər itkin düşmüş hesab edilir, 400 nəfər xəsarət alıb. 178 min nəfər evsiz qalıb, ümumilikdə, 1 milyondan çox sakin ziyan çəkib.

 

Dağıdılmış evlərin sayı 20 mindən çoxdur, 237 min tikili qismən uçub. Daşqınlar həmçinin 53 məktəb, 11 səhiyyə mərkəzi, 2,7 min km yol və 316 körpünü uçurub.

 

Ən çox dağıntılar və qurbanlar Piura, Lombayeke, La-Libertad və Ankaş əyalətlərində qeydə alınıb.      

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187
avatar

Oxşar yazılar