Rusiya Federasiyasının Dağıstan Respublikasının Xunzax rayonunun Orota kəndində aparılan xüsusi əməliyyat nəticəsində “Xunzax qruplaşması” adlanan qrupun lideri məhv edilib.
APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərinə görə, bu barədə Dağıstan üzrə əməliyyat qərargahından bildirilib.
“Xunzax rayonunun Orota kəndində keçirilən antiterror əməliyyatı nəticəsində təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən bir silahlı aşkarlanıb. Şübhəli şəxs polislərin təslim olmaq tələbinə tabe olmaqdan imtina edərək onlara atəş açıb. Cavab atəşi ilə silahlı məhv edilib. Zərərsizləşdirilən şəxsin “Xunzax qruplaşması” adlanan qrupun lideri Hacımurad Hacıyev olduğu təsdiqlənib”, məlumatda deyilir.