Dağıstanda İŞİD-çi məhv edildi
24 mart 2018 23:57 (UTC +04:00)

Dağıstanda İŞİD-çi məhv edildi

0

Dağıstanda İŞİD terror qruplaşması ilə əlaqəli silahlı məhv edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları tərəfindən Botlix rayonunun Andi kəndi ərazisində keçirilib.  

 

Təslim olmaqdan imtina edən şəxs silahlı müqavimət göstərib və cavab atəşi ilə məhv etdirilib.   

 

Öldürülən şəxsin federal axtarışda olan qanunsuz dəstə rəhbəri İŞİD-lə əlaqəli Yunus Həbibov olduğu bəlli olub.  

 

Hadisə yerində snayper tüfəngi, əl qumbarası, radiostansiya və teplovizor aşkarlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar