Dağıstanın Şamil rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Milli antiterror Komitəsinin qərargahının nümayəndəsi bildirib.
Onun sözlərinə görə hazırda silahlıların yaxalanması üzrə əməliyyat aparılır: “Antiterror əməliyyatı rejimi yerli vaxtla saat 01:00-dan etibarən tətbiq edilib. Əməliyyat çərçivəsində silahlılar və onlarla əlbir olanların axtarışı həyata keçirilir”.
Digər təfərrüatlar barədə məlumat verilmir.