Mahaçqalada Dağıstan Ali Məhkəməsi Rəyasət Heyətinin üzvü Məhəmməd Məhəmmədov öldürülüb.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, hakimi naməlum şəxslər tapança ilə şəhərin Nuradilov və Maksim Qorki küçələrinin kəsişməsində güllələnib.
2012-ci ildə baş vermiş hay-küylü qətllərdən sonra respublikanın başçısı Məhəmmədsalam Məhəmmədov bölgədə təhlükəsizliyi təmin etmək üçün özünümüdafiə və drujina dəstələrinin yaradılması ilə bağlı şəhər və rayon rəhbərlərinə tapşırıq vermişdi.
Xatırladaq ki, ötən ilin yayında Dağıstan müsəlmanlarının liderlərindən sufi şeyxi Seyid Əfəndi Atsayev də bir qadının intihar edərək, özünü partlatması nəticəsində həlak olmuşdu.