Bu gecə Dağıstan Ali Məhkəməsinin hakimi Maqomed Maqomedov öldürülüb.
Lent.az-ın “Mayak” radiosuna istinadən verdiyi məlumata görə, gecə saat 20:00 radələrində Mahaçqalanın Nuradilov və Maksim Qorki küçələrinin kəsişməsində naməlum şəxs tapançadan Maqomed Maqomedova atəş açıb.
Hakim aldığı güllə yaralarından hadisə yerində keçinib. Maqomed Maqomedov son dövrlər ağır və xüsusi ağır cinayət işlərini araşdırıb.