Çində sürüşmə: 42 nəfər həlak olub
11 yanvar 2013 23:43 (UTC +04:00)

Çində sürüşmə: 42 nəfər həlak olub

Çinin Yunnan əyalətində yer sürüşməsi baş verib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, faciəli olay nəticəsində həlak olanların sayı 42 nəfərədək artıb.

Xatırladaq ki, hadisə yanvarın 11-də yerli vaxtla səhər çağlarında baş verib. Ölkənin cənubundakı Qaopo kəndində bir neçə yüz kub metr duru palçıq uçub.

Min yaxın xilasedici 5 ekskavator uçqun altında qalanları çıxarıb. Əlverişsiz hava şəraiti axtarış-xilasetmə işlərinin aparılmasında çətinliklər yaradıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar