Çində internetdən yeni istifadə qaydaları
29 dekabr 2012 04:19 (UTC +04:00)

Çində internetdən yeni istifadə qaydaları

Çinin ali qanunverici orqanı internet istifadəçiləri üçün yeni qaydaların tətbiq edilməsi haqda qanun qəbul edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bundan sonra internet –təchizatçılar istifadəçilər barəsində gerçək fərdi informasiya tələb etməlidir.

 

12 maddəlik bu sənədi Ümumçin xalq Məclisinin daimi komitəsi təsdiqləyib.

 

Yeni qaydalara əsasən, internet təchizatçıları və telefon operatorları müştərilərlə bağlı məlumatların qorunmasına da məsuliyyət daşıyır.

 

Rəsmi məlumatlara əsasən, noyabrda stasionar telefon rabitəsi abonentlərinin 70 faizi gerçək adları ilə qeydiyyatdan keçib.

 

Məsul şəxslər yeni qaydaları «dövlət təhlükəsizliyinin maraqları»nı təmin etmək üçün tətbiq olunduğunu bildirib.

 

Mənbənin məlumatına əsasən, bu tədbiri hələ ötən il həyata keçirmək istəyiblər.

 

Ölkədə ən iri «Sina Sorp» təchizat şirkəti isə bu sayaq tədbirlər abonentlərin «Weibo» mikrobloqa üz tutacağını bildirib. Hazırda bu qurumun xidmətindən on milyonlarla çinli yararlanır.

 

Çin mətubatı hakimiyyətin həyata keçirdiyi bu tədbiri dəstəkləyən təbliğata başlayıb. Qəzetlərin yazdığına əsasən, sözgedən tədbirlər vasitəsi ilə ölkədə qarışqlıq, xaos yaratmaq istəyənlərin əməllərinin qarşısı alınacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822

Oxşar yazılar