Türkiyənin əsas müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyası (CHP) ölkədə aprelin 16-da keçirilmiş referendumun nəticələrinin ləğv edilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edəcək. Lent.az “Sözcü”yə istinadən xəbər verir ki, partiya sədrinin köməkçisi Bülent Tezcan bu gün yerli vaxtla saat 14:30-da referendumun nəticələrinin ləğvi ilə bağlı tələbnaməni komissiyaya təqdim edəcəyini deyib.
CHP-nin ləğvlə bağlı tələbinin əsasında isə 2,5 milyon möhürsüz bülletenin etibarlı sayılması dayanır. Partiyadan bildirilib ki, ilk etapda nəticələr ləğv edilməsə, Ali Məhkəməyə və Avropa məhkəməsinə müraciət edəcəklər.