Venesuelanın prezidenti Uqo Çavesin qardaşı ölkə başçısının sağlıq durumu ilə bağlı açıqlama verib.
Lent.az-ın «RİA-Novsoti»-yə istinadən məlumatına görə, ölkə Barinas ştatının qubernatoru Adan Çaves Kubada qardaşının yanında olduğunu söyləyib. O, Uqo Çavesin koma vəziyyət olması ilə bağlı yayılmış xəbəri təkzib edib.
«Sosial şəbəkələrdə və başqa informasiya vasitələrində prezidenti koma vəziyyət olması, həyatını təmin edən sistemdən yaxınlarının onu ayırmaq istəməsini müzakirə etdiyi barədə xəbərlər ağ yalandır»-deyə, qubernator qardaş söyləyib.
Onun sözlərinə görə, qardaşının müalicə kursu davam edir və Çaves günü-gündən özünü yaxşı hiss edir.