Venesuela prezidentinin müavini Nikolas Maduro Kubaya səfər edib.
Lent.az-ın məlumatına əsasən, o, bu ölkədə müalicə olunan prezident Uqo Çaveslə görüşəcək.
Ölkəsinin rəsmi telekanalında çıxışı zamanı müavin bildirib ki, U.Çavesin müalicə həkimi ilə görüşməyi planlaşdırıb.
Bir müddət öncə yenidən prezident kürsüsündə qalması üçün andiçmə mərasimi Çavesin xəstəliyi üzündən təxirə salınıb.