ABŞ-da xarici vətəndaşlara və ya dövlətlərə casusluq ittiham olunmuşlar 5 milyon dollar məbləğində cərimə olunacaq.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, bu haqda prezident Barak Obama uyğun fərman imzalayıb.
Sənəddə casusluğun təşkilində iştirakla bağlı da cərimə nəzərdə tutulub. Bu cinayətdə mühakimə olunmuşlar isə 10 milyon dollar məbləğində cərimə olunacaq. Əvvəllər fərdlər 500 min, təşkilatlar isə 10 milyon dollar cərimə ilə məhdudlaşdırdı.
Qanun 2012-ci il dekabrın sonunda Konqresdə qəbul olunub.