Keniyada polis əməkdaşı yeddi həmkarını qətlə yetirib
Bakı-APA. Keniyada polis əməkdaşı yeddi həmkarını qətlə yetirib.
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, atəş açan Abdihakim Maslah öldürülüb. Məlumata görə, Maslah iyulun 13-də işdən evə gedib, ertəsi gün səhər şöbəyə gəldikdə isə məluma olmayan səbəbdən həmkarlarını gülləbaran edib.
İnsident Kapenquriya əyalətində qeydə alınıb. Məlumata görə, həmkarlarına hücum etmiş polis işçisi tanınmaması üçün başını çalma ilə bağlayıb.