ABŞ-ın 88 yaşlı keçmiş prezidenti böyük Corc Buş sağalaraq, xəstəxanadan evə buraxılıb.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, müalicə həkimi deyib:«Cənab Buşun sağılığı o dərəcə də yaxşılaşıb ki, evdə onun dərman qəbul etməsinə ehtiyac olmaycaq. Ancaq fizoterapiyanı, o, davam etdirəcək».
Ötən il noyabrın 23-də bronxitdən müalicə olunan keçmiş dövlət başçısını hələ dekabrın əvvəlində xəstəxanadan çıxarmaq istəyiblər. Onun səhhəti bərpa olunmadığından Buşu xəstəxanada saxladılar.